Cənubi Koreyanın birləşmə naziri Kim Yunq-ho Şimali Koreyanı "dərhal və qeyd-şərtsiz” həbsdə olan üç Cənubi Koreya missioneri və daha üç vətəndaşı öz ölkələrinə qaytarmağa çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kim Şimali Koreyanı ədalətli və açıq mühakimə olmadan bu şəxslərin əsassız və həddindən artıq cəzalandırılmasına, həbsdən sonra və saxlanma zamanı əsas ədalətin təmin olunmamasına görə şiddətlə qınayıb:
"Cənubi Koreya Şimali Koreyanın qeyri-qanuni və qeyri-insani insan haqları pozuntularını pisləyir. Biz həmin şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini qətiyyətlə tələb edirik".
Gülay