Cənubi Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondu (EDCF) Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya aşağı faizli kreditlərin verilməsi üçün çərçivə sazişi imzalayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya İqtisadiyyat və Maliyyə Nazirliyindən verilən açıqlamada, G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısı çərçivəsində ABŞ-da olan nazir Çoi Sanq-Mok və ukraynalı həmkarı Serhiy Marçenkonun Vaşinqtonda aşağı faizli kredit proqramları üçün müqavilə imzaladığı bildirilib.
Bəyanatda imzalanan sazişin kredit dəstəyi üçün hüquqi baza yaradacağı vurğulanıb.
Hər iki ölkənin Ukraynanın yenidən qurulması və inkişafına kömək edəcək layihələri ortaya çıxarmaq barədə razılığa gəldiyi vurğulanıb.
Bu razılaşma ilə Cənubi Koreyanın Ukraynaya verdiyi 2,1 milyard dollar aşağı faizli kreditin yolu açıldı.
Gülay