Cənubi Koreyada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Cənubi Koreyada həddindən artıq istilər nəticəsində ölənlərin sayı artır.
Avqustun 4-ü havanın isti olması nəticəsində 70 yaşlarında iki qadının və 65 yaşlı kişinin öldüyü bildirilib. avqustun 4-ü və avqustun 20-si tarixləri arasında isə ölüm sayı ümumilikdə 14-ə yüksəlib.
İstilik vurması ilə xəstəxanaya yerləşdirilənlərin sayının 1690 nəfərə çatdığı bildirilib. Bundan əlavə, iyunun 11-dən avqustun 5-dək ümumilikdə 303 min kənd təsərrüfatı heyvanının, o cümlədən 277 min ev quşunun, 13 min balığın tələf olduğu qeydə alınıb.
Keçən həftədən ölkəyə kəskin istilər təsir edib. Havanın temperaturu 35 dərəcə Selsi civarındadır və 40 dərəcəyə qədər yüksəlir. Koreya Meteorologiya İdarəsi (KMA) həddindən artıq istilərin ən azı avqustun 15-dək davam edəcəyini proqnozlaşdırır.
Oksana