Cənubi Sudan demilitarizasiya zonasının yaradılması məqsədi ilə Sudanla mübahisəli sərhəd rayonlarından ordunu çıxarmağa başlayıb.
Cənubi Sudan hökuməti ordunu fevralın əvvəlinədək ordunu geri çəkmək niyyətindədir.
Rəsmi Cuba Sudandan analoji addım atacağını gözləyir. Lakin Xartum məsələ ilə bağlı hələlik heç bir şərh verməyib.
Neft borusu Sudan ərazisindən keçdiyindən ordunun çıxarılması məsələsi neft ixracatının bərpasını şərtləndirən əsas amillərdən biridir.
Xartum və Cuba arasında demilitarizasiya zonasının yaradılması barədə razılaşma ötən ilin sentyabrında əldə olunub, lakin bu günədək bu qərar həyata keçirilməyib. //APA