“Cərimənizi mən ödəyərəm” –Milli Məclisdə nömrə davası

SOSİAL
15:21 15.04.2016
3390
Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər.
Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: “Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.
APA.az

OXŞAR XƏBƏRLƏR