ChatGPT üçün yeni dövr başlayır: Videolar hazırlaya biləcək

ChatGPT üçün yeni dövr başlayır: Videolar hazırlaya biləcək
MARAQLI
14:14 17.01.2024
224
OpenAI-nin baş direktoru Sam Altman ChatGPT-nin növbəti və ya iki il ərzində video göstərmə qabiliyyətinə sahib olacağını söyləyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT demək olar ki, hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilər.

Süni intellektli söhbət köməkçisi ChatGPT-ni inkişaf etdirən OpenAI-nin illik gəliri 1,6 milyard dolları keçib.

Son zamanların məşhur süni intellekt vasitəsi olan ChatGPT yeni funksiyalar əldə etməyə hazırlaşır.

Sam Atman bildirib ki, növbəti iki il ərzində ChatGPT və onun modelləri mətn, şəkillər və audio ilə yanaşı video da istehsal edə biləcək.

Gülay
OXŞAR XƏBƏRLƏR