Cinayət Tarixi - Bakıda dostu ilə bir yataqda tutduğu arvadını öldürüb uşağını satmaq istəyən ata

Cinayət Tarixi - Bakıda dostu ilə bir yataqda tutduğu arvadını öldürüb uşağını satmaq istəyən ata
KRİMİNAL
15:54 12.11.2013
4825

Andrey Ağayev içki düşkünü olduğundan birinci həyat yoldaşı ondan ayrılıb.

O, ikinci dəfə Lalə Ağayeva ilə ailə həyatı qurub.Lalə Ağayeva da bir dəfə ailəli olub və birinci nikahından Boris adlı bir oğlu da olub. Lakin Lalə xanım birinci ərindən ayrılanda oğlunu onun yanında saxlayıb.Andreylə Lalənin birgə nikahından bir oğlan övladları dünyaya gəlib. Ərlə arvad ikisi də spirtli içki düşkünü olduğundan qazandıqlarını arağa veriblər.Bir gün işdən evə tez qayıdan Andrey mənzilə daxil olanda yataq otağından səslər eşidib.Andrey astaca qapını aralayıb yatağına baxanda orada tanışı Serqeylə Laləni lüt görüb. Onun evə daxil olmasından xəbərsiz olan “cütlük” sevgi ilə məşğul olmaqda davam ediblər. Andrey evi tərk etmək istəyəndə sevgililər qapının səsini eşidiblər. Serqey Andreyi görəndə pəncərədən tullanaraq qaçıb.Arvadına yaxınlaşan Andrey ona bir sillə vurub. Lalə aldığı zərbədən yerə yıxılıb. Başı çarpayının dəmirinə dəyən qadın iki gün sonra xəstəxanada dünyasını dəyişib.Andrey Ağayevi saxlayan polis hadisəni araşdırandan sonra onun himayəsində bir az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində ev dustaqlığı həbs qəti imkan tədbiri seçib.Həbsdən canını qurtaran Andrey Ağayev imkansızlıqdan azyaşlı oğlu Nikolayı satmaq qərarına gəlib. Andrey bu istəyini ilk olaraq qonşularına bildirib.Uşağa görə, Andereyə 12 min ABŞ dolları və Leksus markalı avtomobil də təklif edənlər olub. Lakin həmin alıcılar Andreyin ürəyinə yatmadığından o oğlunu onlara satmaqdan imtina edib.Bir gün Nərmin adlı bir qadın Andreyin evinə gələrək uşağı almaq istədiyi bildirib. Uşağa baxan Nərmin onu bəyəndiyini və 10 min dollar verə biləcəyini deyib. Nərmini Andrey də bəyəndiyindən uşağı ona satmağa razılaşıb.Evdən çıxan Nərmin bir neçə saat sonra dediyi pulla uşağın arxasınca gəlib. Andrey pulu alaraq uşağı qadına verib. Bu vaxt mənzilə əməliyyatçılar daxil olub.Andrey uşağını satmadığını desə də evindən xüsusi nişanlanmış 10 min ABŞ dolları aşkarlananda hər şeyi etiraf edib.Məhkəmədə ifadə verən Andrey Ağayev uşağını imkanı olmadığı üçün satmaq istədiyini bildirib. Satmaqda da məqsədi pul əldə etmək yox, uşağı üçün yaxşı gələcək arzulaması olub. Onun üçün pul əsas olsaydı onu daha yüksək məbləğ təklif edənə satardı.Bütün tərəflər dinlənildikdən sonra prosesdə çıxış edən dövlət ittihamçısı Andrey Ağayevi insan alveri və qəsdən sağlamlığa ağır zərərvurmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə təqsirli bilib 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.Prosesdə çıxış edən vəkil diqqəti Ağayevin əməlində olan yüngülləşdirici hallara yönəltsə də Andrey “mənə güllələnmə verin” deyə qışqırıb.Hökmə əsasən elan olunan ittihamlardan təqsirli bilinən Andrey Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq