10:04 Cümə Axşamı, 12 Dekabr 2019
SAĞLAMLIQ

"Bir nəfər cinsini dəyişmək üçün mənə müraciət edib" - Həkimdən şok açıqlama

17:54, 04.07.20192806
Dünyada bir çox məşhur cinsini dəyişməklə gündəmə gəlir.
 
Bəs görəsən Azərbaycanda da belə faktlar varmı?
 
AZXEBER.COM sualla estetik-cərrah Rəşad Babayevə müraciət edib.
 
O bildirib ki, Azərbaycanda da belə əməliyyatlar etmək istəyənlərin sayı az deyil: "İdman etdiyimiz anda əzələnin sayı artmır. Süd vəzilərinin inkişafı üçün hansı idman edək ki, böyüsün deyənlərdə az deyil. Bəziləri idmanda ağır çəki qaldırırlar ki, sinələri böyüsün. Böyük və kiçik əzələləri inkişaf etdirdiyində döş əzələlərinin ön qəfəsində olan dəri altı piy toxuma yox olur. Bu məsələdə harmon dediyimiz şeylər var. Qadın harmonlarının bir qədər artıraraq bəlkə nəsə etmək olar, amma kişi hormonlarında olmur.
 
Bu yaxınlarda bir xanım mənə müraciət etmişdi ki, kişi olmaq istəyirəm. Mən əməliyyatdan imtina etdm. Mən cinsini dəyişmək istəyən insanları əməliyyat etmirəm. Ancaq onlara həkimlik borcumu yerinə yetirərək ilkin tibbi yardımı edərəm. Yəni yıxılanın əlindən tutaram. Bir iki həkim yoldaşlarımı məsləhət gördüm. O da onlara müraciət etdi və cinsini dəyişdi. Belə hallar Azərbaycanda da var”.

XƏBƏR LENTİ