Cinsiyyəti məlum olmayan uşaqlar doğuldu

Cinsiyyəti məlum olmayan uşaqlar doğuldu
DÜNYA
13:51 02.01.2024
288
2023-cü ildə Tümen vilayətində cinsiyyəti qeyri-müəyyən altı uşaq dünyaya gəlib. 

AZXEBER.COM lent.az-a istinadən bildirir ki, regional səhiyyə idarəsi nadir mutasiyaya məruz qalan yeni doğulmuş körpələr barədə məlumat verib.

Söhbət insanın həm xarici, həm də daxili cinsiyyət orqanlarının nə qadın, nə də kişi cinsinə uyğun gəlmədiyi mutasiyadan gedir. Bildirildiyinə görə, belə uşaqların cinsini cərrahi yolla düzəltmək olar. Eyni zamanda, cinsi aydınlaşdırmaq üçün genetik tədqiqat aparmaq lazımdır.

Regionda əvvəllər də cinsi inkişaf pozğunluğu olan uşaqlar doğulub. Məlumata görə, 2022-ci ildə üç, 2021-ci ildə isə iki körpəyə bu diaqnoz qoyulub.
OXŞAR XƏBƏRLƏR