Cinsiyyətini dəyişən kişinin evlilik təklifini rədd edən qadın faciə yaşadı

Cinsiyyətini dəyişən kişinin evlilik təklifini rədd edən qadın faciə yaşadı
DÜNYA
12:47 30.12.2023
245
Uşaqlıq dostunun evlilik təklifini rədd edən qadın diri-diri yandırılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda cinsini dəyişərək kişi olan şəxs evlilik təklifini qəbul etməyən qadını diri-diri yandıraraq öldürüb.

25 yaşlı R.Nandhi uşaqlıqdan tanıdığı və cinsiyyətini dəyişərək kişi olan Sicko Vetrimaranın evlilik təklifini rədd edib. Bundan qəzəblənən Vetrimaran Nandhiniyə onun üçün sürpriz bir hədiyyə aldığın və onunla görüşmək istədiyini deyib.
 
Qızı meşəyə aparan qəzəbli gənc onun yalvarışlarına baxmayaraq əllərini zəncirləyib. Daha sonra üstünə benzin tökərək yandırıb.
 
Dindirilməsi zamanı qətli etiraf edən Vetrimaran həbs edilib.
 
Günel
OXŞAR XƏBƏRLƏR