CNN TÜRK növbəti dəfə Azərbaycana sataşdı - VİDEO

MƏDƏNİYYƏT
17:13 16.12.2014
5777
Türklər "Qubanın ağ alması"nı öz adlarına çıxdılar.
AZXEBER.COM eksklüziv olaraq xəbər verir ki, sözügedən olay qonşu ölkə Türkiyənin efir məkanında yayımlanan CNN Türk-də baş verib. Kanalda qonaq olan Devrim Kaya canlı oxuduğu mahnıda qədim milli mahnımızın sözlərini də təhrif edib. Devrim Kaya "Qubanın ağ alması" mahnısını "İğdırın al alması" kimi efirdə səsləndirib. Mahnını oxuyarkən Kaya qədim mahnımızın sözlərini almanın məxsus olduğu məkanın adını dəyişdirməklə kifayətlənib. Almanın məkanı Quba deyil, Iğdır olaraq deyilib.
Qeyd edək ki, CNN Türk kanalında bu hal Azərbaycanla bağlı artıq baş verən ilk deyil. Bundan əvvəl də müxtəlif məsələlərin efirdə yayımı zamanı Azərbaycan həqiqətləri təhrif olunub. 
Azxeber.com

OXŞAR XƏBƏRLƏR