Coli Qəzzada SOS uşaq kəndi yaradacaq

Coli Qəzzada SOS uşaq kəndi yaradacaq
MAQAZİN
14:53 28.10.2025
142
Dünyaca məşhur aktrisa Angelina Coli Qəzza zolağında valideynini itirmiş uşaqlar üçün SOS kəndi yaratmağı düşünür.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda Fələstinli fəal Samer Sinijlavi Almaniyada Candid Fondu tərəfindən təşkil edilən onlayn müzakirə zamanı bildirib.

Onun sözlərinə görə layihə 80 milyard dollara başa gələcək və Qəzzanın yenidən qurulmasına da dəstək olacaq.

Xatırladaq ki, Coli İsrailin Qəzzaya hücumlarını pisləyərək, sığınacaq və ya təxliyə olmadan mülki şəxslərin öldürülməsinin haqsız olduğunu vurğulamışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR