DÇ-2022: Messi seçmə mərhələ oyunlarını buraxa bilər

DÇ-2022: Messi seçmə mərhələ oyunlarını buraxa bilər
İDMAN
19:29 07.01.2022
364
Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2022-ci il dünya çempionatının iki seçmə oyununu buraxa bilər.

Komandanın baş məşqçisi Lionel Skaloni yanvarın 2-də koronavirusa yoluxmuş 35 yaşlı hücumçuya Çili və Kolumbiya ilə görüşdə meydana çıxmamağı məsləhət görüb.

Messi hələlik mütəxəssisin bu tövsiyəsinə cavab verməyib.

Qeyd edək ki, yanvarın 28-də Çilinin qonağı olacaq Argentina millisi fevralın 2-də Kolumbiyanı qəbul edəcək. Lionel Messinin komandası DÇ-2022-yə vəsiqəni vaxtından əvvəl təmin edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR