Bu, son 10 ildə ən yüksək rəqəmdir. AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, hesabatdan sarsıdıcı bir mənzərə yaranır - öz məmləkətləri daxilində ev-eşiklərindən didərgin düşmüş insanların sayı son 10 ildə rekord səviyyəyə çatıb.
Dünya boyu müxtəlif münaqişələr əlindən, canlarını qurtarmaq üçün bütöv icmalar doğma yurdlarını tərk etməyə məcbur olur.
Hesabat müəlliflərindən biri, Elizabeth Rasmusson xüsusən Somali və Fil Dişi Sahili kimi ölkələrdəki durumu qeyd edir.
Onun dediyinə görə, Somalidə dinc əhali ölkədə gedən döyüşlər üzündən dəhşətli vəziyyətdə qalıb, Fil Dişi Sahilinin əhalisi isə mübahisəli prezident seçkilərinə görə yaranmış siyasi əngəlin qurbanı olub.
Düzdü, hesabatda bir sıra müsbət məqam da var. Belə ki, Afrikada ümumi götürüləndə, didərginlərin sayı azalmaqdadır.
Lakin, məsələn, Kolumbiyada belələrinin sayı artır - orada artıq 10 ildir ki davam edən münaqişə ucbatından azı 3 milyon yarıma qədər adam ev-eşiklərini tərk edib.
Və yaxud da Meksikada ki, bu ölkədə yeni didərgin olmuş insanların sayı Əfganıstanda olduğundan xeyli yüksəkdir.