AZXEBER.COM xəbər portalının "BBC" yə istinadən verdiyi xəbərə görə, ölüm cəzasının ən çox tətbiq edildiyi ölkə kimi hesabatda Çin göstərilir.
Təşkilat Çində dəqiq nə qədər edamın həyata keçirildiyini təsdiq edə bilməsə də, güman edir ki, ötən il edam olunanların sayı minlərlə hesablanır və bu, dünyanın digər hissələrində olduğundan çox-çox yüksək rəqəmdir.
Siyahıda ilk sıralarda həmçinin İran, Şimali Koreya, Yəmən, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və Liviyanın adları çəkilir.
Hesabatda bu da göstərilir ki, bir çox ölkələrdə ölüm cəzasına məhkum edilənlər arasında kasıbların və etnik azlıqlara mənsub olan insanların sayı çoxdur və bunun səbəbi heç də zorakılıq əməlləri deyil.
Bununla belə, Amnesty İnternational deyir ki, dünya boyu ölüm cəzasını qadağan edən ölkələrin sayı artmaqdadır.
Odur ki, son 10 il ərzində 31 ölkə ölüm cəzasına qadağa qoyub.