«1001 gecə» adlanan çanta əsl nağıllar aləmidir. Artıq «Ginnesin rekordlar kitabı»na düşmüş çantanın qiyməti… 3,8 milyon dollardır.
Bu il Qətərdə keçiriləcək sərgidə təqdim olunacaq unikal çanta qızıla bükülüb. Onun üzərində nə az, nə çox – düz 4517 ədəd brilliant qaş var. Onların ümumi çəkisi 381,92 karatdır.
Xatırladaq ki, çantanı hazırlayan dizayn evi 2003-cü ildə dünyanın ən bahalı büsthalterini buraxmaqla məşhurlaşmışdı. Həmin büsthalterin qiyməti 11 milyon dollar idi.