AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, fil sümüyü və ağ rəngin qarışığından olan satin gəlinliyi Alexander McQueen firmasından Sarah Burton dizayn edib.
Dizaynerin kimliyi toy mərasimi başlayanadək sirr saxlanırdı. Gəlin hansı stildə paltar seçdiyini toydan qabaq açıqlamaq istəmirdi.
Əldə düzəldilmiş tor şəbəkə ipək və satin korsaj və yubka üzərinə tikilib.
Fatasının altındakı tac mərhum Kraliçaya məxsusdur, o, bu tacı Şahzadə Yelizaveta olduğu vaxtlarda geymişdi.
{jcomments off}