19:20 Bazar Günü, 24 Mart 2019
MƏDƏNİYYƏT

Daha bir azərbaycanlı müğənni 'Eurovision'da iştirak edə bilər

15:30, 14.02.20122288
Daha bir azərbaycanlı müğənni 'Eurovision'da iştirak edə bilər

Bu gün Belarusda "Eurovision-2012" mahnı müsabiqəsi üçün keçirilən seçimlərin finalı olacaq.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-dəki püşkatmanın nəticəsinə əsasən, ifaçılar Milli Final şousunda səhnəyə bu ardıcıllıqla çıxacaq:

Alena Lanskaya “All my life”Günəş Abbasova “Tell me why”Viktoriya Aleşko “Dream”Litesound “We are the heroes”Uzari “The winner”"Eurovision 2012"də Belarus təmsilçisi adı uğrunda mübarizə aparan həmyerlimiz Günəş Abbasovanın ifa edəcəyi “Tell me why” mahnısının musiqisi İsa Məlikova, sözləri Zəhra Bədəlbəyliyə aiddir.Qeyd edək ki, Milli Final konsertində müsabiqənin 2004 və 2007-ci illərdəki qalibləri Ruslana və Mariya Şerifoviç, həmçinin Yunanıstanı 2009-cu ildə bu yarışmada təmsil edən Sakis Ruvas, Eurovision 2009-un qalibi Aleksanr Rıbak, İsveçrənin builki Eurovision təmsilçisi “Sinplus” qrupu çıxış edəcək.
XƏBƏR LENTİ