Daha bir ölkədə güclü meşə yanğınları: 34 nəfər öldü

Daha bir ölkədə güclü meşə yanğınları: 34 nəfər öldü
DÜNYA
12:40 25.07.2023
199
Əlcəzairin şimalındakı meşə yanğınları güclü küləyin təsiri ilə sürətlə yayılıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, yanğınlar nəticəsində 10-u əsgər olmaqla 34 nəfər həyatını itirib.

Əlcəzair Daxili İşlər Nazirliyi təxminən 8 min adamın iştirakı ilə 16 vilayətdə yanğınsöndürmə işlərində 529 yanğınsöndürmə tankeri və çoxlu yanğınsöndürmə vertolyotunun istifadə edildiyini açıqlayıb.

Xüsusilə Bicaya, Cicel və Buyira əyalətlərində bazar günü gecədən başlayan yanğınlar güclü küləyin təsiri ilə sürətlə yayılıb və böyük fəsadlar törədib.
 
Qeyd edək ki, ötən gecə 16 əyalətdə 97 meşə yanğını qeydə alınıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR