Daha bir oyun koronavirusa görə təxirə salındı

Daha bir oyun koronavirusa görə təxirə salındı
İDMAN
19:07 16.12.2021
262
"Tottenhem" və "Lester" klubları arasında bu günə planlaşdırılan İngiltərə Premyer Liqasının XVII tur matçı təxirə salınıb.

Buna hər iki komandanın heyətində koronavirusa yoluxma hallarının aşkarlanması səbəb olub.

Bakı vaxtı ilə saat 23:30-da start götürməli olan görüşün yeni tarixi barədə hələlik açıqlama verilməyib.

Daha əvvəl London təmsilçisində 8 oyunçunun və 3 əməkdaşın COVID-19 testi müsbət çıxıb. Məhz bu üzdən paytaxt klubunun Fransa "Renn"inə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının qrup oyunu ləğv olunub.

Daha sonra isə "Lester"in baş məşqçisi Brendan Rocers 9 futbolçunun infeksiyaya yoluxduğunu açıqlayıb.

Bu turun "Börnli" - "Uotford" qarşılaşması da eyni səbəbdən təxirə salınıb.

Qeyd edək ki, hazırda "Tottenhem" 25 xalla 7-ci, "Lester" isə 22 xalla 16-cı pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR