Bakıda avtobus piyada ölümünə səbəb oldu.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) AZXEBER.COM -a verilən məlumata görə, dünən 23:30 radələrində Nəsimi rayonu 20 Yanvar küçəsində Xızı rayon sakini Habil Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla qəza törədi.O, Sulutəpə qəsəbə sakini Elçin Bayramovu vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.