Daha bir rayonda 2 və 3 otaqlı mənzillər vətəndaşlara pulsuz veriləcək
SOSİAL
21:26 29.06.2026
366
Sosial Xidmətlər Agentliyi Yardımlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədilə satınalma elan edib.
AZXEBER.COM-un Baku.ws-ə istinadən məlumatına görə, satınalmanın ehtimal olunan dəyəri 2 milyon 585 min manat təşkil edir.
Layihəyə əsasən, Yardımlı rayonunda ümumilikdə 32 mənzil alınması nəzərdə tutulur. Bunlardan 10-u üçotaqlı, 18-i ikiotaqlı, 4-ü isə birotaqlı olacaq.
Alınacaq mənzillərin əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim edilməsi planlaşdırılır. Layihənin məqsədi bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların sosial təminatının gücləndirilməsidir.