Daha bir şəhid leytenant və hər şeydən xəbərsiz 5 aylıq körpə... –FOTOLAR

SOSİAL
17:34 11.04.2016
5002
Bu gün daha bir şəhid - baş leytenant Elnur İsgəndər oğlu İsgəndərov Şəki şəhərində dəfn olunub.
1989-cu ildə Şəki şəhərində anadan olmuş Elnur İsgəndərov 2006-cı ildə Ali hərbi məktəbə daxil olub. 2010-cu ildə indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə bitirib və təyinatla Bakıdakı N saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmət etməyə başlayıb. 4 günlük müharibə ərəfəsində ona döyüş bölgəsinə getmək təklifi gəlib. Elnur İsgəndərov isə tərəddüd etmədən qəbul edib. Tərtər əməliyyatlarında həlak olub. Onun konkret hansı gün şəhid olduğu bilinmir. Amma məlumdur ki, 2-5 aprel arasında olan əməliyyatlarda iştirak edib. Cəsədi orada qalıb. Dünən cəsədi götürülüb və nəşi bu gün səhər Şəkiyə gətirilib. Ailəsinin istəyi ilə çöl qəbiristanlığı deyilən yerdə dəfn edilib. Elnur İsgəndərovdan yadigar isə hər şeydən xəbərsiz 5 aylıq oğlu Elman qaldı.
Qeyd edək ki, Elnur İsgəndərov Şəki şəhərinə nəşi gətirilən artıq 3-cü şəhiddir. (musavat.com)

OXŞAR XƏBƏRLƏR