Daha bir şirkətə qadağa qoyuldu - FOTOLAR

Daha bir şirkətə qadağa qoyuldu - FOTOLAR
Bütün Xəbərlər
15:03 14.11.2013
1321

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Hacıqabul Süd” MMC-də dövlət nəzarəti həyata keçirib.

AZXEBER.COM-un məlumatına görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən müəssisədə aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edilib.Belə ki, araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan şərq şirniyyatının uyğunluq sertifikatı, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədləri, o cümlədən xammalların müvafiq sənədləri yoxdur.Müəssisədə sanitariya norma və qaydaları pozulub, hazır məhsulların və xammalın saxlanılması standartın tələblərinə uyğun olmayıb.Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq “Hacıqabul Süd” MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna məhsulunun istehsalı və satışı qadağan edilib.

OXŞAR XƏBƏRLƏR