Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizəyə qoşulacaq.
Bütün idmançılarımız turnirə 1/8 final mərhələsindən start verəcəklər.
65 kq
Yığmamızın liderlərindən biri və əsas medal ümidimiz Hacı Əliyev Ermənistan idmançısı Valodya Franqulyanla qarşılaşacaq.
97 kq
Nurməhəmməd Hacıyevin ilk rəqibi isə Radoslav Baran (Polşa) olacaq.
Qadın güləşi
68 kq
İrina Netreba Oyunlara isveçli Cenni Franssonla start verəcək.