"Daily Times" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib

"Daily Times" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib
Bütün Xəbərlər
10:25 25.08.2015
1953

Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.

Qeyd olunub ki, "11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun  prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilib. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanır.

Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N.Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəblər və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edir. Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlar həyata keçirilib.

Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılır, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilir.

Yazıda Mehriban Əliyevanın 2004-cü ildə Azərbaycanın folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir.

Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayır ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır.

D.N. Zaidi Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayırıb. Jurnalist vurğulayır ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın nüfuzu sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya cempionatları Bakıda keçirilib. Yazıda Mehriban Əliyevanın cari ilin iyun ayında Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi bildirilib.

Yazıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilir.

Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision-2012”nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salıb.

Dure N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edib. Bildirir ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.

Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini vurğulayıb.

Jurnalist Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, Pakistan xalqı və dövləti bunu yüksək qiymətləndirir.

https://www.dailytimes.com.pk/national/25-Aug-2015/mehriban-aliyeva-hilal-e-pakistan-recipient-serving-humanity

https://www.dailytimes.com.pk/E-Paper/lahore/2015-08-25/page-3

//az.apa.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
13:51 20.07.2025
Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib"
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
13:35 20.07.2025
Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
13:17 20.07.2025
Novxanıda dənizdə batan məktəblilərin adları məlum olub
Sabahın hava proqnozu açıqlandı
13:02 20.07.2025
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
13:00 20.07.2025
Azərbaycan nümayəndə heyətinin MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinə aydınlıq gətirilib
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
12:42 20.07.2025
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
12:39 20.07.2025
Kürdəmirdə zəhərlənənlərin sayı 24-ə çatdı
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
12:27 20.07.2025
“Məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
12:16 20.07.2025
Hikmət Hacıyev: Media savadlılığı artırılmalıdır
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
12:15 20.07.2025
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Nazan Öncel xəstəxanaya yerləşdirildi
11:49 20.07.2025
Nazan Öncel xəstəxanaya yerləşdirildi
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
11:34 20.07.2025
Kamçatkada ardıcıl üç zəlzələ - sunami xəbərdarlığı edilib
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
11:30 20.07.2025
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
11:20 20.07.2025
Hacıyev: Süni İntellektin inkar edilməsi - külək dəyirmanları ilə mübarizəni xatırladır
İranda 5,2 maqnitudalı zəlzələ olub
11:00 20.07.2025
İranda 5,2 maqnitudalı zəlzələ olub
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb
10:46 20.07.2025
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb