Maqomedsalam Maqomedovun yerinə Ramazan Abdulatipov təyin olunub.
Rusiya Federasiyasının Dağıstan respublikasının prezidenti Maqomedsalam Maqomedov vəzifəsindən azad edilib. Bu haqda Rusiya dövlət başçısı Vladimir Putin sərəncam imzalayıb. Putin növbəti sərəncamı ilə Maqomedsalam Maqomedova yeni vəzifə verib. O, Rusiya Federasiyası prezident administrasiyasının rəhbər müavini vəzifəsinə təyin edilib. Kremlin mətbuat xidməti Maqomedsalam Maqomedovun vəzifəsindən getməyinin öz istəyi ilə baş tutduğunu deyib. V. Putinin digər bir sərəncamı ilə Dağıstan prezidentliyinə Ramazan Abdulatipov təyin olunub. (Anspress)