Dalğa Gənclər Hərəkatının Təbriz Önərin həbsi ilə bağlı bəyanatı

MARAQLI
18:22 31.03.2011
2304

 Bəyənatda deyilir: "Polis heç bir səbəb göstərmədən üzvümüzü həbs edib. Bundan sonra Səbayel rayon məhkəməsinin qərarı ilə Təbriz Önər qondarma “Polisə müqavimət” maddəsi ilə 5 sutka azadlıqdan məhrum edilib. Biz Dalğa Gənclər Hərəkatı olaraq üzvümüz - Təbriz Önərin həbsini pisləyirik. Bizim fikrimizcə Təbriz Önərin etmədiyi bir əmələ görə həbsi Azərbaycanın hüquq sisteminə heç də baş ucalığı gətirmir. Biz bu həbsi gələcəkdə baş verməsi dəqiq olmayan bir əməlin qarşısının alınması kimi dəyərləndiririk və hesab edirik ki, bu kimi həbslər Azərbaycan gəncliyinə böyük zərbədir. Azərbaycan Respublikasının ali məqsədlərindən biri kimi qarşısında qoyduğu hüquqi dövlət modeli prinsipinə yaraşmayan preventiv həbslər gənclərdə yaradıcılıq deyil məhz dağıdıcılıq hisslərini artırır. Biz, Dalğa Gənclər Hərəkatı olaraq Azərbaycanda dağıdıcılığın deyil yaradıcılığın tərəfdarıyıq və aidiyyatı qurumlardan Təbriz Önərin dərhal azadlığa buraxılmasını tələb edirik.

 

OXŞAR XƏBƏRLƏR