Daxili İşlər Nazirliyi bahalı maşınlarını satışa çıxarır

DÜNYA
22:24 24.12.2012
4878

Gürcüstan Bahalı brendlərin texniki xidməti qurumun büdcəsinə baha başa gəlir

Daxili İşlər Nazirliyi balansında olan bütün bahalı və elit maşınları hərraca çıxarır. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, söhbət “Range Rover”, “Range Rover Sport”, “Range Rover Vogue”, “Mercedes S Class”, “ML”, “BMW” X6, X5, M5 modifikasiyalı avtomobillərindən, həmçinin yeni nazirin təyin olunmasına qədər əldə olunan bütün maşınlardan gedir.  Belə ki, bu avtomobillərinin bəzilərinin dəyəri 100 min dolları keçir. Onların illik texniki xidməti isə dövlətə 1 milyon lariyə - 600 min dollara başa gəlir.  DİN artıq 50 maşını satışa çıxarmağa hazırdır və onların ümumi qiyməti ilkin olaraq 3 milyon lari – 1.8 milyon dollar təşkil edir. Əvəzində nazirlik 30 yeni avtomobil alıb ki, onlardan da 10 ədədi “Toyota” markalı maşınlardlr.  Nazirlik bunu onunla əsaslandırır ki, bu brenddən olan avtomobillər uzunmüddətli istifadə və minimal xərcləri ilə fərqlənir. 

OXŞAR XƏBƏRLƏR