Daxili İşlər Nazirliyi yeni xidmət istifadəyə verdi

SOSİAL
17:21 13.04.2016
2438

DİN-in “Elektron Ödənişlər Sistemi”nin funksionallığı artırılıb.

Daxili İşlər Nazirliyinin vətəndaşlar üçünElektron xidmət kabineti yaradıb.

AZXEBER.COM xəbər verir ki,DİN-dənverilən məlumata görə, buna səbəb martın 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi olub.

Belə ki, Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud “Elektron Ödənişlər Sistemi”ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni Elektron xidmət kabineti yaradılıb.

Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçünhttps://e-xidmet.mia.gov.azhttps://e-payment.mia.gov.azlinklərinə daxil ola bilərlər.

///oxu.az

OXŞAR XƏBƏRLƏR