Hindistanda bir qrup kişi 42 yaşlı qadını zorlayıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zorlama Hindistanın paytaxtı Dehlidəki avtomobil dayanacaqlarından birində baş verib. Daha sonra onlar qadını küçənin ortasına ataraq qaçıblar. Hadisə avtobusda tələbə qızın zorlanma hadisəsi səbəbbindən yaranan etiraz aksiyası sakitləşməmiş baş verib.Belə ki, qadın işdən evə qayıdarkən Verma adlı kişi onu maşınla evə aparmağı təklif edib. Yolda kişinin 2 dostu da avtomobilə əyləşib. Zərərçəkənin polisə verdiyi ifadəyə görə, onlar avtomobil dayanacağına girərək, qadının ağzını bağlayıblar. Sonra kişilər növbə ilə qadını zorlayıblar. Daha sonra onu Dehlinin cənub-şərq hissəsindəki yola atıblar.