'Ded Xasan'ın yanındakı xanımdan xəbər var

DÜNYA
13:30 27.01.2013
2648
"Ded Xasan" kimi tanınan kriminal avtoritet Aslan Usoyana "Starıy faeton" kafesində sui-qəsd zamanı yaralanan ofisiant Miryat Bikçurinanın vəziyyəti nisbətən yaxşılaşıb. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə həkimlər deyiblər. Bununla belə, qadının vəziyyəti hələ də ağır kimi qiymətləndirilir və hazırda da reanimasiyadadır.Qeyd edək ki, ötən həftənin cümə günü ofisiant qadının vəziyyətinin həddindən artır ağır olduğu bildirilirdi."Dead Xasan" yanvarın 17-də saat 14.30-da restorantdan çıxarkən güllələnib. Onun yanında olan 30 yaşlı Miryat Bikçurina da hadisə zamanı yaralanıb. O, onurğa sütunundan ağır xəsarət alıb və xeyli qan itirib.İndiyədək qadın üç dəfə əməliyyat olunub. Sklifosovski adına təcili yardım xəstəxanasının direktoru Anzor Zubutiya jurnalistlərə deyib ki, əgər Miryat Bikçurinanın həyatını xilas etmək mümkün olsa, o, əlil qalacaq və heç vaxt yeriyə bilməyəcək.

OXŞAR XƏBƏRLƏR