Dəhşət: bıçaqladı, boğdu, qanını içdi, sonra yandırdı

MARAQLI
14:49 11.04.2013
1729

Türkiyənin paytaxtı Ankara şəhərinin kənarındakı meşəlikdə tükürpədici cinayət törədilib.

Toksikoman olanK.A.1 lirə istədiyi adamı bıçaqlayıb, boğub, axırda da yandırıb. Atatürk adına Meşəçilik Təsərrüfatından keçən dəmiryolun kənarı ilə gedən K.A. divarın kənarında oturmuş bir kişiyə yaxınlaşıb. K.A. həmin kişidən 1 lirə istəyib, amma "Pulum yoxdur" eşidib. Bundan hirslənən K.A. ilə həmin kişi arasında dava başlanıb. K.A. cibindəki bıçağı çıxararaq kişini bıçaqlayıb, onun ölmədiyini görəndə isə boğaraq öldürüb. K.A. öldürdüyü kişinin ciblərini axtarıb, 3 lirə pul tapıb. Pulu cibinə qoyan K.A. cəsədin üstünə benzin tökərək onu yandırıb və qaçaraq hadisə yerindən uzaqlaşıb. Hadisəni uzaqdan görən bir vətəndaş polisə xəbər verib. Polis bildirib ki, yanan cəsədin kimliyi hələlik müəyyənləşdirilməyib. 16 yaşında bir şəxsi bıçaqladığı üçün həbs edilmiş K.A. 10 gün əvvəl həbsxanadan çıxmışdı. O, polisə verdiyi ifadəsində bildirib: "Onu bıçaqlayandan və boğandan sonra bir az qanını içdim. Sonra yandırdım". (milli.az)

OXŞAR XƏBƏRLƏR