Dələduzluq edən 28 yaşlı gənc saxlanılıb

KRİMİNAL
10:10 21.02.2014
1028
Nizami rayon polis idarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən 28 yaşlı gənci saxlayıb.Binəqədi rayonu, Masazır qəsəbə sakini Məmmədov Asim Nəbi oğlunun qoluna qandalı isə 25-ci polis bölməsinin əməkdaşları taxıb. Belə ki, bu gənc oğlan vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəyirmiş. Asimin bu əməlinin üstü isə, həmin bu zərərçəkən vətəndaşlardan birinin şikayəti əsasında açılıb. Sən demə, o, tanışı olan Zaur adlı şəxsdən 4 min manat pul alıb. Amma zərərçəkənin nə problemi həll olunub, nə də pulu geri qaytarılıb. Necə deyərlər it də gedib, ip də.

OXŞAR XƏBƏRLƏR