Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib.
AZXEBER.COM xəbər verir ki, zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirilməsi, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlanmasını bildirib.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 29 yaşlı E.Feyzullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2050 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.