Deputat: Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir

Deputat: Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir
Bütün Xəbərlər
13:38 01.02.2016
1691
“Açığını deyim, vəziyyətlə bağlı o da narahatdır”.
Son vaxtlar iqtisadi islahatların bütün koordinasiyasını cənab prezident aparır.
AZXEBER.COM xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində deputat, Milli Məclisin iqtisadi siyasət Komitəsinin sədri Vahid Əhmədov iqtisadi böhran dövründə Azərbaycan hökumətinin işini şərh edərkən deyib.
Deputatın fikrincə, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq prezidentin iqtisadi islahatlara şəxsən rəhbərlik etməsi normaldır.
“Əlbəttə, normal hökumət olarsa, çevik bir hökumət fəaliyyət göstərərsə, prezident yalnız xüsusi strateji əhəmiyyət kəsb edən məsələlərdə müdaxilə edərdi. Amma görünür ki, indiki şərait prezidentin müdaxiləsini zəruri edir”, - Vahid Əhmədov deyib.
Deputat deyib ki, mövcud iqtisadi şəraitdə çevik qərarların qəbulu, sürətli islahatların aparılması üçün əlbəttə, müəyyən koordinasiya olmalıdır. Və bu koordinasiyanı hökumət aparmalıdır:
“Yalnız çətin anlarda dövlət başçısı müdaxilə etməlidir. Prezidentin onsuz da işləri həddən artıqdır, onun qarşısında digər ciddi məsələlər, xarici siyasət məsələləri, Dağlıq Qarabağ problemi var»
Vahid Əhmədov deyib ki, indiki şəraitdən çıxmaq, sosial-iqtisadi problemləri həll etmək üçün çevik hökumətə ehtiyac var.
“Düzdür, bəzi kadrlar əvəzlənib, amma bu islahatları tez bir zamanda tamamlamaq lazımdır. Çevik bir hökumət qurmaq lazımdır ki, qanunların qəbulunda, qərarların verilməsində çeviklik hiss olunsun, buna ciddi ehtiyac var”, - deputat bildirib.
Vahid Əhmədovun sözlərinə görə, bu gün hətta hökumətin iqtisadi komandasında da fikir ayrılıqları var. Məsələn, maliyyə naziri bir fikri deyir, Mərkəzi Bank rəhbərliyi isə onunla razılaşmır, başqasını deyir.
Deputat baş nazir Artur Rasizadənin mövcud mürəkkəb iqtisadi situasiyada bir dəfə də olsun mətbuat qarşısına çıxmamasını, çıxış etməməsini də şərh edib.
“Mən Artur Rasizadə ilə bir yerdə işləmişəm, savadlı mühəndis, təvazökar insandır, işini bilən adamdır, ona böyük hörmətim var. Tez-tez telefonla danışıram. Açığını deyim, vəziyyətlə bağlı o da narahatdır”.
Bəs baş nazir postunu təhvil vermək barədə düşünürmü? Vahid Əhmədov bu suala cavab olaraq deyib:
“Cənab prezident məsləhət bilsə, təhvil verəcək, postundan ikiəlli yapışmayıb ki. Bəlkə də Artur müəllim postunu təhvil vermək istəyir, amma icazə vermirlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb