Ukrayna Ali Radasının deputatı Oleq Lyaşko parlament binasına inəyi keçirməyə cəhd edib. AZXEBER.COM-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, deputatın istəyinin reallaşmasına xüsusi təyinatlılar mane olub. Karina adlı inəyi O.Lyaşkoya parlament binası yaxınlığında keçirilən mitinqin iştirakçıları hədiyyə edib. Onlar Ali Radada “Torpaq bazarı haqqında” qanun layihəsinin qəbuluna qarşı çıxır. Nəticədə niyyətinə çata bilməyən O.Lyaşko inəyi geri yük maşınına aparmağa məcbur olub.