Deputat parlamentdə qadını zorladı - VİDEO

DÜNYA
13:00 24.01.2013
6695
Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Boliviyada ötən günlərdə bir qadına təcavüz etdiyi iddia edilən millət vəkili Dominqo Alcibia həbs edilib.

Baş verən hadisənin ictimaiyyətə sızdırılmasından sonra, yerli televiziya kanalında və Youtube video şəbəkəsində 15 dəqiqəlik videolent yayılıb. Video yazısı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Video yazısında deputatın parlamentin otaqlarının birində huşsuz vəziyyətdə olan bir qadınla, qadının icazəsi olmadan cinsi əlaqəyə girməsi açıq-aşkar görünür. Kim olduğu naməlum qalan, lakin parlament binasında xadiməlik etdiyi aşkar edilən qadın ondan şikayət etmədiyi üçün cinayət işi açılmayacaq, lakin deputatı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cəza gözləyir. Bir çox qadın hüquqları müdafiəsi təşkilatları isə millət vəkilinin zorlama əməlinə görə cəzalandırılmasını tələb edirlər.

OXŞAR XƏBƏRLƏR