“Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur”.
AZXEBER.COM xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.
A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: “Fotoların bəzisi mənim “İnstagram” səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm."