Super Liqanın 31-ci həftəsində baş tutacaq "Fənərbaxça"-"Qalatasaray" oyunun tarixi bəlli oldu.
AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Futbol Federasiyası(TFF) "Fənərbaxça"-"Qalatasaray" derbisinin tarixini açıqlayıb.
Oyun mart ayının 17-si Bakı vaxtı ilə 22:00 baş tutacaq.
Qeyd edək ki, Super Liqanın ilk oyununda “Türk Telekom Arena”da baş tutan qarşılaşmada sarı qırmızılılar 3-1 hesablı qələbə qazanmışdı.
Ozal İbrahimli