Dərmanlardan zəhərlənmiş 87 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib

Dərmanlardan zəhərlənmiş 87 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib
Bütün Xəbərlər
11:56 12.11.2013
727

Bu ilin yanvar-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə dərmanların verdiyi allergik reaksiyalarla əlaqədar 87 nəfər müraciət edib.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov  bildirib ki, dərmanlardan zəhərlənmələrlə əlaqədar ölüm halları baş verməyib. Müraciət edənlər əsasən antibiotiklərdən zəhərləniblər. Sakitləşdirici, depressiya əleyhinə dərmanlar, vitamin qrupları və diş həkimlərinin istifadə etdikləri ağrıkəsicilər də xəstələrdə fəsadlı allergik reaksiyalar yaradıb.

A.Maqsudov bildirib ki, zəhərlənmələr daha çox insanların həkimlərin təyin etdiyi dozadan artıq və həkim məsləhəti olmadan, ev şəraitində dərman qəbul etməsi nəticəsində yaranıb.

Şöbə müdiri ötən ilin yanvar-sentyabr aylarında dərmanların verdiyi allergik reaksiyalarla əlaqədar mərkəzə 94 nəfərin müraciət etdiyini də xatırladıb.(TREND)

OXŞAR XƏBƏRLƏR