"Dərs demək üçün müraciət etsəm də, cavab ala bilmirəm" - Xalq artisti

"Dərs demək üçün müraciət etsəm də, cavab ala bilmirəm" - Xalq artisti
MAQAZİN
14:13 29.10.2025
130
Xalq artisti Könül Xasıyeva Milli Konservatoriyada dərs demək istədiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, sənətkar bu barədə "Space TV"də yayımlanan "İbo şou" verilişində qonaq olarkən danışıb.
 
Xanəndə müraciətinə hələ də cavab ala bilmədiyini deyib: 

"Sentyabr ayının əvvəlindən Milli Konservatoriyada dərs demək üçün rəhbərliyə müraciət etmişəm. Əvvəl vaxtım yox idi, çalışa bilmirdim, amma indi elə bir yaşdayam ki, insan artıq bildiklərini bölüşmək, dərs demək istəyir".
 
Xalq artisti deyib ki, Konservatoriyadan cavab ala bilməyib: 

"Rəhbərlik mənə cavab verdi ki, müraciətinizi dəyərləndirəcəyik, araşdıracağıq və sizə cavab veriləcək. Amma hələ də bir cavab almamışam. Onların nəyi araşdırdığını da başa düşə bilmirəm".

Aysel
OXŞAR XƏBƏRLƏR