Azərbaycanda "Pensiya islahatları haqqında” yeni qanunun müzakirəyə çıxarılması gözlənilir.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Hadı Rəcəbli məlumat verib. O Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında bildirib ki, yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq:
"Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”
H. Rəcəbli maaşların, pensiyaların artırılması haqda təkliflərə də toxunub: "Deyirlər ki, "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır”, "pensiyaları 60 faiz qaldırmaq lazımdır” və.s Bəs necə olsun, nəylə qaldıraq?
Bu bir tərəfin mövqeyi oldu. Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz”.