Ölkənin ən çalışqan super ulduzu, Avroviziya təmsilçisi Dilarə Kazımova Azərbaycan musiqi tarixində ilkə imza atıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi pop və milli janrının sintezini ifa etməklə musiqimizdə yenilik edib.
Kazımova bu dəfə də 2000-lərin hitlərindən olan "Cry Me A River” (İstədiyin qədər ağla) mahnısına yeni nəfəs verib.
Bəstə fərqli aranjimanda, etnik və pop üslubların birgə əksini taparaq milli musiqi aləti kamançanı qataraq Azərbaycan çalarları əlavə edilib.
İfaçı ifasında bir neçə yerlərdə muğamda xüsusi ilə istifadə olunan boğazları edib.
Müğənninin öz tərzinə uyğun formada səsləndirdiyi layihənin aranjimanı isə "Zoydi Label”ə həvalə olunub.
Ekran işi Xəzərin sahilində gecə 6 saat ərzində lentə alınıb.
Dilarə yeni layihəsi haqqında danışarkən bildirib ki, dinləyicilərinin bu ifasını da sevəcəklərinə inanır:
"Aranjiman baxımından fərqli hazırlanıb. Pop janrını milli musiqi ilə sintez etmişik. Kamança istifadə olunub- bu milli alət insan səsinə daha yaxındır. Sağ olsun Nurəddin bəy, dinlədi və layihəmizdə iştirak edib. O ki qaldı muğam ifa etmək üçün bütün vücudunla məhəbbət dolu və duyğusal olmalısan. Çünki muğam bəşəri musiqidir. Mən istəyirəm ki, mahnılarımın mənası dünyanın istənilən yerində olan hər bir tamaşaçıya aydın olsun. Düşünürəm ki, izləyən insanların ürəyincə olacaq”.
Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı dünyaca məşhur ulduz Justin Timberleyk olub.
Aysel