12:12 çərşənbə, 17 Oktyabr 2018
SİYASƏT

Dilqəmlə Şahbaza işgəncə verilib: materiallar Avropa Məhkəməsində

13:22, 06.06.20184703
Dilqəmlə Şahbaza işgəncə verilib: materiallar Avropa Məhkəməsində
"Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunan videomateriallar tək Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil. Onların arasında digər yollarla əldə olunmuş görüntülər də var”. 

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib. 

A. Bağırov deyib ki, əldə edilən materiallar üzərində iş aparılır: "Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bu sübutların nə dərəcədə qanuni yolla əldə edilməsi və Avropa Məhkəməsinin belə hallara reaksiyasına gəlincə, sübutlar qanuni yolla əldə edilməlidir. Avropa Məhkəməsi bütün hallara əhəmiyyət verir. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir".
XƏBƏR LENTİ