DİM-in sınaq imtahanları baş tutmadı - SƏBƏB

DİM-in sınaq imtahanları baş tutmadı - SƏBƏB
SOSİAL
15:31 25.03.2017
1581
Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün bu gün səhər saat 09.00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov "Facebook"da yazıb. 

Onun sözlərinə görə, DİM məlumat verib ki, server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər: "Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 2 milyon manat pul qazanıblar 10 gün ərzində, serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Gör hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq”.

OXŞAR XƏBƏRLƏR