DİN-də yüksək TƏYİNAT

DİN-də yüksək TƏYİNAT
SOSİAL
14:06 07.07.2022
283
Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

AZXEBER.COM xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Əliyev Surxay Ramiz oğlu Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin olunub.

Yeni təyinatla bağlı məlumat DİN Mətbuat Xidmətindən "Report"a təsdiqlənib.

Qeyd edək ki, Surxay Əliyev daha öncə Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR