Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Legiya”dan Zaqreb "Dinamo”suna transferinin qiyməti bəlli olub.
24 yaşlı hücumçunun keçidi 1 milyon avroya başa gəlib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.
Məsələ ondadır ki, Polşa klubunun "Dinamo”ya borcu qalıb. Ötən ilin sentyabrın 1-də kosovolu futbolçu Lirim Kastratini 1,2 milyon avroya transfer edən "Legiya” zaqreblilərə cəmi 200 min avro ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.
Qeyd edək ki, "Legiya” rəsmi saytı vasitəsilə yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.
///oxu.az