“Dinc əhaliyə hücum edilməsi beynəlxalq hüququn pozulmasıdır”

“Dinc əhaliyə hücum edilməsi beynəlxalq hüququn pozulmasıdır”
SİYASƏT
15:30 17.10.2020
602
Moldovanın keçmiş iqtisadi inkişaf naziri Kirill Qaburiç Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumundan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək sözləri ilə məktub göndərib.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Şok vəziyyətdə Gəncədə mülki vətəndaşların atəşə tutulmasını və dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirilmələrini izləyirəm.

BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul olunan 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın dinc əhalisinə və mülki obyektlərə qarşı edilən bu hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına səbəb olur”.
OXŞAR XƏBƏRLƏR