"Miss and Mister Azerbaijan” yarışmasının
qalmaqallı iştirakçıları Aytac Hüseynli və Günay Rüstəmli AZXEBER.COM-a müsahibə verib.
- Aytac xanım, yarışma haqda düşüncülərinizi bilmək istərdik...
- Hər dəfə məşqlərdə iştirak etmişəm. Bir dəfə
də olsun məşqlərdən qalmamışam. Bizi hər dəfə hədələyib, deyirdilər ki, sonda balınız
kəsiləcək. 3 ildir ki, bu sahədə fəalliyyət göstərirəm. Yeri gələndə cəsarətli
fotosessiya da etmişəm ki, tamaşaçı
baxıb dəyərləndirsin. Bu layihədə isə məni qiymətləndirməyiblər. Səbəb də odur ki,
hər dəfə mənə başqa təkliflər ediblər, mən isə razılaşmamışam.
- Necə oldu ki, bu yarışmağa qatılmaq qərarına gəldiz?
Mən 3-cü dəfəidi ki, bu yarışa qatılırdım. Məqsədim də o olub ki, qalib olmasam da
tac alım. Bu məsələ haqda dəfələrlə təşkilatçılarla görüşüb, danışmışıq. Onlar
da demişsi ki, sən qalib olmasan da tac
alacaqsan. O qədər dürüst insanam ki, bunlar mənə belə vədlər verəndə səslərini
yazmadım. Final günündən əvvəl mənlə pis
davranmağa başladılar. Daha sonra da təhqir etməyə başladılar. İndi
arxamca şayiələr çıxardıblar ki, guya mən
səviyyəsizəm. Final günü fransız stilində çıxış etdim. Orada fərqlilik edən mən
idim. Qaliblərdən şübhələnirəm.
- Nə kimi şübhələriniz var?
- Şübhə edirəm ki, orada satış gedir.
- Haradan bu qənaətə gəldiniz? Sizə də pulla yer vermək istəyiblər?
-Mənə qiymət təklif etməmişdilər. Mənə
təklif olunmuşdur ki, hərəkətdə ol. "Hərəkətdə ol” nə deməkdir? İmkanı olanlara
pul, olmayanlara isə belə hərəkətli olmağı təklif edirlər.
-Sizdə hansısa qüsurlar olduğunu dedilər?
Mənim belimdə qüsur olduğu üçün çox düz dura
bilmirəm. Bunlar mənim gözəlliyimə və ağlıma söz deyə bilmədilər, xaeroqrafiyama
ilişdilər. Mən yenə onlara hörmət edərək, orada daha çox etiraz etmədim. Ən azından gərək dünən
modelliyin qapısını döyənlərə titullar verilməzdi. Bu gündən o yarışa səviyyəsiz
kimi baxıram”.
-Günay xanım, siz də yarışda iştirak edirdiz. Siz bu haqda nə düşünürsüz?
- Mən
finala az qalanda uzaqlaşmaq istəyirdim. Dedilər etmə, sən qalib olacaqsan
uzaqlaşma, hətta məni təhdid etdilər. Mənə sonda "Miss Sharm” mükafatı
verildi. Mən isə bunu qəbul etmədim. Titulu onlara hörmət
olaraq götürdüm. Sonra diploma möhür vurmalarına etiraz etdim. Hətta sonra
diplomu cırdım. Açıq-aşkar bazardır. Yarımfinalda danışanda bildirdilər ki,
titullarda satışdadır. Bilirdilər ki, imkanım var, mənə baha qiymət dedilər.
-Mükafatın pulla olduğunu iddia edirsiz?
-Orada qiymətlər çox yüksəkdir. 15 min manat civarındadır. Hətta mənə də təklif ediblər. Ancaq məndən 2 min AZN istəyiblər.
Nazim Qasımzadə